Bakıda “Lamborcini” ilə taksi fəaliyyəti… - Şirkətdən açıqlama

 Bakıda “Lamborcini” ilə taksi fəaliyyəti… - Şirkətdən açıqlama

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakıda turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə, lüks avtomobil - "Lamborcini" gəlib.

Məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Asayis.az-a açıqlamasında bildirib ki, sözügedən video bir müddət əvvəl çəkilib.

“Həmin videodakı “Lamborcini” reklam olaraq istifadə olunmuşdu. Kimsə o vaxt çəkib, indi yayımlayıb.

Hazırda bizdə o dərəcədə lüks avtomobil kateqoriyası yoxdur. Qlobalda var, bizdə yoxdur”, - o əlavə edib.

11:36 - 8 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin