Naxçıvanda zəncirvari qəza: yaralılar var

 Naxçıvanda zəncirvari qəza: yaralılar var

Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Asayis.az xəbər verir ki, hadisə Naxçıvan–Şahbuz magistralında qeydə alınıb.

Qəza zamanı "Hunday", KİA, "Niva" və "Mersedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Gülər Bayramova və Fidan Abdullazadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

15:10 - 6 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin