Bakıda 32 avtobusun yolu dəyişir

 Bakıda 32 avtobusun yolu dəyişir

Bakının Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Bu barədə Asayis.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdilirir.

Məlumata əsasən, müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsinə fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.

156, 156A, 158, 170, 525A və 525B nömrəli müntəzəm marşrutların avtobusları "20 Yanvar" dairəsi və Moskva prospekti (tunel) ilə hərəkət edəcək.

91 nömrəli müntəzəm marşrutun fəaliyyəti Rəşid İsmayılov küçəsi, 1-ci döngə, Qabil Süleymanov küçəsi ilə təşkil ediləcək.

17:26 - 4 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin