Xırdalanda obyektdə yandı

 Xırdalanda obyektdə yandı

Xırdalanda obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Asayis.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

09:34 - 4 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin