Şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır

 Şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır

Avqustun 20-dən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır.

Bu barədə Asayis.az-a MÜTDA-dan məlumat verilib.

Belə ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq.

Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

16:36 - 3 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin