Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər.
Asayis.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev PİSA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.
Onun sözlərinə görə, DİM də son dövrlərdə PİSA tipli, bacarıq əsaslı tapşırıqların hazırlanması istiqamətində fəaliyyətə başlayıb:
"Gələcəkdə bu yanaşmanın DİM-in keçirdiyi imtahanlarda da tətbiq olunması gözlənilir".
