Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Köln şəhərində 12–13 sentyabr-da səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Asayis.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.
"Müraciət etmək istəyən vətəndaşlardan 7 sentyabr 2026-cı il tarixinədək ad, soyad, ata adı, pasportun surəti və telefon nömrəsini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur", - məlumatda qeyd edilib.
