Qəfil yük qatarının qarşısına çıxdı, öldü

 Qəfil yük qatarının qarşısına çıxdı, öldü

Bu gün saat 05:05 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb.

Asayis.az xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib.

"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur", - QSC bəyan edib.

10:10 - 31 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin