Bakıda mühafizəçi iş yerində ölü tapıldı

 Bakıda mühafizəçi iş yerində ölü tapıldı

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsində yerləşən köhnə aptek bazada meyit tapılıb.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, orada mühafizəçi işləyən, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

16:16 - 24 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin