Bakıda bahalı avtomobillər qəzaya düşüb.
Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonu, "Ağ şəhər" ərazisində, "Old Baku" restoranının qarşısında baş verib.
Qəza zamanı 8 avtomobil bir-birinə çırpılıb. Nəticədə, "Porşe", BMV, BYD və "Rənc Rover" markalı avtomobillə zədələniblər.
Hadisə zamanı xəsarət alanların olub-olmadığı bəlli deyil.
Araşdırma aparılır.
