Gəncədə evdən qadın meyiti tapıldı

 Gəncədə evdən qadın meyiti tapıldı

Gəncə şəhərində evdən qadın meyiti tapılıb.

Asayis.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, 1947-ci il təvəllüdlü Zemfira Məmmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.

79 yaşlı qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

12:42 - 23 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin