Bakıda mənzilini yandıran şəxs xəstəxanaya yerləşdirildi

 Bakıda mənzilini yandıran şəxs xəstəxanaya yerləşdirildi

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.

Həmin şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, hadisə dünən gecə saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində baş verib.

12:40 - 24 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin