Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Asayis.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin üvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hunday” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
