Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi

 Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi

Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq Filialında yeni təyinat olub.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Lalə Saleh qızı Heydarova filialın İmişli rayon xidmət şöbəsinin müdiri təyin edilib.

Digər əmrlə, Rəşad Nadir oğlu Musazadə Mil-Muğan Regional Məşğulluq Filialının Sənədlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad olunub.

15:40 - 20 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin