Nəsimidə su xəttində qəza: küçələri su basdı - Video

 Nəsimidə su xəttində qəza: küçələri su basdı - Video

Bakı şəhərinin Nəsimi rayonunda, 4-cü mikrorayon adlanan ərazidə su xəttində qəza baş verib. Qəza nəticəsində mikrorayonun bəzi küçələrini su basıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Asayis.az-a verilən açıqlamada sözügedən ərazidə qəzanın baş verdiyini təsdiqləyib:

“Hüseyn Seyidzadə küçəsində içməli su xəttində xırda qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Yaxın saatlarda problem tamamilə aradan qaldırılacaq”.

17:56 - 19 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin