Bakının 30 yol sahəsində təmir işləri yekunlaşdırıldı

 Bakının 30 yol sahəsində təmir işləri yekunlaşdırıldı

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur.

Bu barədə Asayis.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunub ki, proqram çərçivəsində paytaxtın bütün inzibati rayonlarını əhatə edən 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub.

Artıq 30 yol sahəsində işlər yekunlaşdırılıb, 20-yə yaxın küçə və prospektdə isə təmir işləri davam etdirilir.

Təmir işləri mərhələli şəkildə nəzərdə tutulan bütün ünvanlarda həyata keçiriləcək.

19:06 - 18 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin