Mənzil almağı planlaşdırırsansa, ilk baxdığın məsələ adətən qiymətdən əvvəl ilkin ödəniş olur. Xüsusilə Xırdalan və Sumqayıt kimi mənzil tələbatının yüksək olduğu ərazilərdə münasib ilkin ödənişlə ev sahibi olmaq istəyənlər üçün seçimlər kifayət qədər genişdir. Bəs bu ərazilərdə mənzil almaq üçün nə qədər ilkin ödəniş lazımdır və hansı layihələrdə tam təmirli mənzillər təklif olunur?
.jpg)
Bu baxımdan həm hazır və təhvilə yaxın mənzil axtaranlar, həm də tikinti mərhələsində daha sərfəli seçim edib gələcəkdə dəyərindən yararlanmaq istəyənlər üçün “Park Xırdalan” və “Yeni Sumqayıt” layihələri diqqət çəkir.
“Yeni Sumqayıt” layihəsində 58,4–83,73 kv.m sahəsi olan 2 və 3 otaqlı mənzillər satışdadır. Layihənin əsas üstünlüklərindən biri mənzillərin tam təmirli şəkildə təhvil verilməsidir. Məsələn, 58,4 kv.m, 2 otaqlı tam təmirli mənzilə 17 200 manatdan başlayan ilkin ödənişlə sahib olmaq mümkündür. Yaxın müddətdə təhvil verilməsi planlaşdırılan mənzillər keyfiyyətli materiallarla təmir olunaraq kommunal xidmətlərlə birlikdə təqdim edilir.
Xırdalanda mənzil axtaranlar üçün isə Azərbaycanın ən böyük yaşayış komplekslərindən biri hesab olunan “Park Xırdalan” layihəsində 41,5–96,93 kv.m arası, 2 otaq studiya, 2 və 3 otaqlı mənzil seçimləri mövcuddur. Tikintisi davam edən layihədən indidən mənzil seçmək isə gələcəkdə əmlakın dəyərində olacaq artımdan yararlanmaq baxımından ideal seçimdir.
.jpg)
Hər iki layihədə geniş yaşıllıq və istirahət zonaları, parklar, uşaq oyun və əyləncə məkanları nəzərdə tutulub. Ətrafda məktəb, bağça, idman sahələri və müxtəlif xidmət obyektləri gündəlik ehtiyacların qarşılanmasını asanlaşdırır. Komplekslərdə təhlükəsizlik də diqqətdə saxlanılaraq 24 saat mühafizə və müasir kamera nəzarəti sistemi təmin edilir.
Həmçinin mənzillərin tikintisi zamanı səs və istilik izolyasiyasına, möhkəm konstruksiyaya və optimal planlamaya diqqət yetirilir. Panoramik pəncərələr və keyfiyyətli tikinti materialları mənzillərin həm funksionallığını, həm də yaşayış rahatlığını artırır.
.jpg)
Mənzil almaq üçün ödəniş imkanları da fərqli büdcələrə uyğunlaşdırılıb. Layihələrdə 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka imkanlarından yararlanmaq mümkündür. Bundan əlavə, “Evini hissə-hissə al” modeli ilə mənzilə mərhələli şəkildə sahib olmaq imkanı da təqdim edilir. İstədiyin sahəni bu gündən kvadrat-kvadrat almaq, vəsaitini daşınmaz əmlaka yönəltməklə gələcəkdə mümkün dəyər artımından yararlanmaq mümkündür.
Daha ətraflı məlumat almaq istəyirsənsə, satış ofisinə yaxınlaşmağın kifayətdir. Mövcud mənzillərə baxa, layihəni yerində görə və büdcənə uyğun ilkin ödəniş və ödəniş imkanlarını birlikdə hesablaya bilərsən.
Ətraflı: *1544
Ünvan: “Yeni Sumqayıt” Sumqayıt şəhəri ,Sülh küçəsi
“Park Xırdalan” Xırdalan şəhəri ,Heydər Əliyev prospekti 30
