Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq Filialında yeni təyinat olub.
Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Lalə Saleh qızı Heydarova filialın İmişli rayon xidmət şöbəsinin müdiri təyin edilib.
Digər əmrlə, Rəşad Nadir oğlu Musazadə Mil-Muğan Regional Məşğulluq Filialının Sənədlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad olunub.
