Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədov Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırır.
Asayis.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli çıxış edib.
O qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında iki yaşayış binası tikdirir:
“Layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. Tikinti layihəsinin rəsmi planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, bir qədər əvvəl S.Məmmədovun Almaniyada 24 hektar torpaq sahəsi aldığı iddia edilmişdi.
