"Şuşa şəhərciyi"ndə "Al Market" yanır - Foto

Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə market yanır.

Asayis.az Report-a istinadla xəbər verir ki, qəsəbə ərazisində "Al Market"də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır.

15:10 - 25 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin