Azərbaycanda ən çox bazar bu bölgədədir

 Azərbaycanda ən çox bazar bu bölgədədir

Azərbaycanda 2025-ci ilin sonuna ölkə üzrə 124 bazar və yarmarka fəaliyyət göstərib. Bu göstərici 2024-cü illə müqayisədə dəyişməyib.

Asayis.az Modern.az-a istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində bazar və yarmarkaların sayı 18-dən 17-yə enib.

Naxçıvan iqtisadi rayonunda 8, Abşeron-Xızı iqtisadi rayonunda 5, Dağlıq Şirvan iqtisadi rayonunda 5, Qarabağ iqtisadi rayonunda 5, Qazax-Tovuz iqtisadi rayonunda 14, Quba-Xaçmaz iqtisadi rayonunda 9, Lənkəran-Astara iqtisadi rayonunda 10, Mərkəzi Aran iqtisadi rayonunda 13, Mil-Muğan iqtisadi rayonunda 8, Şəki-Zaqatala iqtisadi rayonunda 10, Şirvan-Salyan iqtisadi rayonunda 11 bazar və yarmarka qeydə alınıb.

Belə ki, iqtisadi rayonlar arasında ən çox bazar və yarmarka 14 obyektlə Qazax-Tovuz iqtisadi rayonunun payına düşür.

Sonrakı yerlərdə Mərkəzi Aran – 13, Şirvan-Salyan – 11, Lənkəran-Astara və Şəki-Zaqatala – hər biri 10, Gəncə-Daşkəsən və Quba-Xaçmaz – hər biri 9, Naxçıvan – 8, Mil-Muğan – 8, Abşeron-Xızı, Dağlıq Şirvan və Qarabağ – hər biri 5 yer alır.

Rayonlar üzrə bölgüyə əsasən, Şəmkirdə 6, Gəncədə 5, Mingəçevirdə 4, Biləsuvarda 4 və Tovuzda 4 bazar və yarmarka fəaliyyət göstərir.

Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 5 bazar və yarmarka isə Ağcabədi (1), Bərdə (2), Füzuli (1) və Tərtər (1) rayonlarında yerləşir.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə 2025-ci ilin sonuna bazar və yarmarka qeydə alınmayıb.

20:16 - 25 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin