"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.
Asayis.az xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Qeyd edilib ki, R.Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
