Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı

 Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı

Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb.

Bu barədə Asayis.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.

Qeyd edək ki, 27 iyul saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi – 14251, rus bölməsi - 1382) ərizəsini təsdiq edib.

10:48 - 27 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin