Prezident Yevdayevi təltif etdi

 Prezident Yevdayevi təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.İ.Yevdayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Asayis.az sərəncamın mətnini təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

14:10 - 25 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin