Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı

 Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı

Şuşa-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

22:42 - 24 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin