Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır

 Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır

Azərbaycan bölməsi üzrə məktəbəqədər hazırlıq qrupları çərçivəsində məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə 13 iyul saat 11:00-dan, Bakı şəhəri üzrə 13 iyul saat 15:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 14 iyul saat 11:00-dan başlayacaq.

Asayis.az xəbər verir ki, məktəbəhazırlıq qruplarına qəbul 12 sentyabr tarixində yekunlaşacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə sənədlərin təqdim edilməsi 1–30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.

20:46 - 8 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin