AZAL və "Sea Breeze" birgə lotereya kampaniyasına başlayır

 AZAL və

Bu gündən Azərbaycan Hava Yolları QSC (AZAL) və "Sea Breeze" sərnişinlər üçün yeni lotereya kampaniyasına start verir.

Bu barədə Asayis.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, "Səma və dəniz" adlı lotereya kampaniyası 8 iyul–8 sentyabr tarixlərini əhatə edəcək. Lotereyanın yekun tirajı isə sentyabrın 28-i keçiriləcək. Kampaniya çərçivəsində "AZAL Miles" loyallıq proqramının iştirakçıları müxtəlif hədiyyələr, o cümlədən "Sea Breeze"də mənzil qazanmaq imkanı əldə edəcəklər.

Lotereyada iştirak etmək üçün sərnişinlərin "AZAL Miles" loyallıq proqramının üzvü olması və şəxsi kabinetdə yerləşdirilmiş xüsusi bölmədə kampaniyanın şərtləri ilə tanış olaraq iştiraklarını təsdiqləmələri kifayətdir.

İştirakçılar kampaniya müddətində müxtəlif əməliyyatlar həyata keçirərək lotereyada iştirak üçün şanslar əldə edə bilərlər. Bu şanslar "AZAL Miles" proqramına qoşulmaq, uçuş milləri toplamaq və ya istifadə etmək, eləcə də AZAL Miles nömrəsi ilə aviabilet almaq kimi fəaliyyətlərə görə verilir. Toplanan bütün şanslar iştirakçının şəxsi kabinetində yaradılmış xüsusi lotereya səhifəsində elektron şəkildə əks olunur.

Lotereya çərçivəsində ümumilikdə 100 qalib elektron qaydada təsadüfi seçim əsasında müəyyən ediləcək və nəticələr AZAL-ın rəsmi kommunikasiya kanalları vasitəsilə elan olunacaq. Qalib iştirakçılarla əlavə olaraq telefon zəngi və ya elektron bildiriş vasitəsilə əlaqə saxlanılacaq.

Stimullaşdırıcı lotereyada iştirak şərtləri və uduş fonduna daxil olan hədiyyələr ilə "AZAL Miles" şəxsi kabinetində tanış olmaq mümkündür.

13:18 - 8 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin