20 manatlıq bu rüsum ləğv edilir

 20 manatlıq bu rüsum ləğv edilir

Qaz qurğularının xəritələrinə görə dövlət rüsumu ləğv edilir.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, qanun layihəsinə əsasən, "Dövlət rüsumu haqqında" qanundan qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manat dövlət rüsumunun tutulmasını nəzərdə tutan müddəa ləğv edilir.

Layihə ilə, həmçinin "Energetika haqqında" qanunda terminoloji uyğunlaşdırma aparılır. Belə ki, qanunda "qaz anbarları" ifadəsi "yeraltı qaz anbarları" ifadəsi ilə əvəz olunur.

Qanun layihəsinin arayışında bildirilir ki, dəyişikliklər yeni "Qaz təchizatı haqqında" qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Yeni qanunda qaz qurğularının xəritələrinin dövlət rüsumu müqabilində sifarişçilərə verilməsi nəzərdə tutulmadığından, müvafiq müddəanın "Dövlət rüsumu haqqında" qanundan çıxarılması təklif edilir.

14:20 - 7 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin