Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsindən bir məhkum qaçıb.
Asayis.az Bakupost.az-a istinadla xəbər verir ki, qaçan məhkumun saxlanılması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi, məhkumun kimliyi və hansı maddə ilə cəza çəkdiyi hələ ki bəlli deyil.
