Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.az Oxu.az-a istinadla avtoqəza ötən gün axşam saatlarında rayonun Ziya Bünyadov prospektində qeydə alınıb.
Ceyhun Rasim oğlu Məmmədli idarə etdiyi "Mersedes" markalı 99 VB 494 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Anar Nurəddin oğlu Qəribovun idarə etdiyi 10 XP 729 dövlət nömrə nişanlı "Tofaş" və Şadman Faiq oğu Əsgərzadənin idarə etdiyi 90 XV 763 nömrəli "Mitsubişi" markalı maşınlarla toqquşub. Hadisə nəticəsində Ş.Əsgərzadə dünyasını dəyişib.
Məlumata görə, həyatını itirən Ş.Əsgərzadə hərbi qulluqçu olub.
Faktla bağlı araşdırma aparılır.
