Generala yüksək vəzifə verildi

 Generala yüksək vəzifə verildi

Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.

Asayis.az Bakupost.az-a istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.

14:16 - 7 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin