Hərbi qulluqçuların minaya düşməsi faktı araşdırılır.
Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib.
Məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
