Avtomobil qəzası bu kəndi qazsız qoydu

 Avtomobil qəzası bu kəndi qazsız qoydu

Naxçıvan Muxtar Respublikası Babək rayonu, Sirab kəndində saat 08:30-da minik avtomobili qaz xəttinə çırpılıb.

Asayis.az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan nəqliyyat vasitəsi qaz xəttini yararsız hala salıb. Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır, yaxın saatlarda qazın verilişi planlaşdırılır.

10:54 - 8 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin