Bakıda başçının köməkçisi öldü - Foto

 Bakıda başçının köməkçisi öldü - Foto

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Nazim Hüseynalı oğlu Fətullayev vəfat edib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.

Qeyd edək ki, N.Fətullayev uzun illər Suraxanı İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışıb. O, birinci dərəcəli dövlət qulluqçusu idi.

18:04 - 5 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin