Tovuz sakini dəm qazından boğularaq öldü

 Tovuz sakini dəm qazından boğularaq öldü

Tovuz rayon sakini dəm qazından boğularaq ölüb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, rayonun Aşağı Öusüzlü kənd sakini 1953 cü il təvəllüdlü Rafil Hüseynov yaşadığı evin yataq otağında dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları gəlib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

14:04 - 2 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin