Azərbaycanda Göz Bankı açılacaq

 Azərbaycanda Göz Bankı açılacaq

Bu gün Azərbaycanda ilk dəfə Göz Bankının açılışı baş tutacaq.

Asayis.az xəbər verir ki, bunu Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda gözün buynuz qışasının transplantasiyasının həyata keçirilməsi üçün Göz Bankının yaradılması zəruridir:

“Ötən il Azərbaycanda ilk dəfə meyit donordan gözün buynuz qişası transplantasiya edilib. Bu gün artıq biz Göz Bankının birgə açılışını edəcəyik”.

13:30 - 28 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin