İş adamının 3 şirkəti ləğv olunur

 İş adamının 3 şirkəti ləğv olunur

Camera Di Commercio İtalo-Azera MMC, Şərq Alpe-Adria Business Center MMC və Baltic Caspian Bridge MMC-lər bu gündən ləğv olunduqlarını elan ediblər.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hər üç şirkətin qanuni təmsilçisi Fərahim Rzayevdir.

Qeyd edək ki, 2009-cu ildə dövlət qeydiyyatına alınan Camera Di Commercio İtalo-Azera MMC və Baltic Caspian Bridge MMC-nin nizamnamə kapitalı 10 manatdır.

2010-cu ildə qeydiyyata alınan Şərq Alpe-Adria Business Center MMC-nin isə kapitalı 20 manatdır.

12:54 - 27 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin