Heydərov onu Xankəndiyə rəis təyin etdi

 Heydərov onu Xankəndiyə rəis təyin etdi

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Xankəndi şəhər Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bu vəzifəyə mayor Rəşad Abbasov təyin edilib.

Bunadək o, Ağdam rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini vəzifəsində çalışıb.

11:46 - 22 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin