Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir.
Asayis.az xəbər verir ki, parlamentin yaz sessiyasının bugünkü plenar iclasında Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.
Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.
