Bakı-Sumqayıt yolunda tıxacın azalması üçün yeni layihə...

 Bakı-Sumqayıt yolunda tıxacın azalması üçün yeni layihə...

Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsidir. Bu layihə ilə Sumqayıtdan gələn M1 avtomobil yolunda gərginlik azalacaq.

Asayis.az xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq. Beləliklə, "20 Yanvar" metrostansiyası ətrafında alışdığımız yoldakı gərginlik kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsinin əhəmiyyətini göstərir”,- o əlavə edib.

10:08 - 21 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin