Bakıda vəziyyəti qəfil pisləşən kişi xilas edildi, lakin... - Video

 Bakıda vəziyyəti qəfil pisləşən kişi xilas edildi, lakin... - Video

Vətəndaşa ilkin yardımın göstərilməsi görüntüləri Mərkəzi Neftçilər Xəstəxanasının həyətində qeydə alınıb. İctimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafdakı insanların yardımı ilə 19.04.2026-cı il tarixində saat 19:50 radələrində yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Bu barədə Asayis.az-a TƏBİB-dən məlumat verilib.

Qurumdan bildirilib ki, hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib:

“Təcili olaraq kardiopulmonar reanimasiya (CPR) - ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul şöbəsinə yerləşdirilib.

Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə nəticəsində xilas edilib.

Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir”.

17:24 - 20 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin