“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. Bu xəbər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisəni törədən şagirdin yenidən liseyə qayıdaraq təhsilini davam etdirəcəyi bildirilir.
Asayis.az xəbər verir ki, liseyin təsisçisi Mönsüm Alışov Globalinfo-ya açıqlamasında sözügedən iddianı təkzib edib.
“Xeyr, o şagird liseydən xaric edilib. Müəllim isə işinə davam etdirəcək”, - o bildirib.
