Samuxda əkin sahəsindən kişi meyiti tapılıb.
Asayis.az APA-ya istinadla xəbər verir ki, 1963-cü il təvəllüdlü Y.Həsənovun meyiti rayon ərazisində yerləşən qış otlaq sahəsindən aşkarlanıb.
İlkin məlumata görə, 63 yaşlı kişi ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
