Aprelin 19-da Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət məlum olub.
Bu barədə Asayis.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, sabah bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
