Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır

 Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tiflis prospekti ilə kəsişməsi ilk dəfə işıqforlarla tənzimlənəcək.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən(NİİM) məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tiflis prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq NİİM bu istiqamətdə işlərə başlayıb.

7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd işıqfor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır.

18:38 - 15 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin