Bakının 2 rayonunda qaz olmayacaq

 Bakının 2 rayonunda qaz olmayacaq

Sabah təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Asayis.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

"Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə MİDA yaşayış kompleksinin və "Sahil" yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq", - məlumatda qeyd olunub.

17:58 - 15 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin