Bakının Yasamal rayonunda yanğın başlayıb.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Vidadi küçəsində fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
