Boğazında qida qalan 2 yaşlı körpə öldü

 Boğazında qida qalan 2 yaşlı körpə öldü

Bakıda 2 yaşlı körpə boğazında qida qalması nəticəsində ölüb.

Asayis.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, aprelin 13-ü saat 22 radələrində 2024-cü il təvəllüdlü Bünyamin Əliyev boğazında qida qalması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

14:06 - 15 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin