Neft Daşları yaxınlığında balıqçı batdı, helikopter cəlb edildi - Video

 Neft Daşları yaxınlığında balıqçı batdı, helikopter cəlb edildi - Video

Neft Daşlarının yaxınlığında balıqçı batıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramiz oğlu Osmanovun axtarışları davam etdirilir.

16:56 - 14 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin