Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi

 Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi

Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, əməliyyat İğdır prokurorluğunun apardığı araşdırma çərçivəsində həmin rayonda baş tutub.

Nəticədə ölkəyə miqrantların qanunsuz yollarla keçməsinə şərait yaradan 12 nəfər tutulub. Məhkəmə qərarı ilə onlardan 7-si həbs olunub. Digərləri isə şərti qaydada sərbəst buraxılıb.

Saxlanılanların evlərində aparılan axtarışlar zamanı qaçaqmal yanacaq, Azərbaycan və Əfqanistan vətəndaşlarına aid çoxlu sayda pasport, kartlar, narkotik, pul, qanunsuz miqrantlar üçün alınan Türkiyədə yayayış iznləri və s. aşkarlanaraq götürülüb.

Məlumata görə, həmin dəstə üzvləri miqrantların Türkiyə və Avropaya qanunsuz daşınması ilə məşğul olub.

Hazırda araşdırma aparılır.

15:50 - 11 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin